Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanda "Beynəlxalq Koroğlu Festivalı" keçiriləcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin yeni seçilmiş sədri Məhərrəm Qasımlı deyib.

O bildirib ki, festivalda Azərbaycan da daxil olmaqla, Cənubi Azərbaycan aşıqları, həmçinin Türkiyə, Türkmənistan, türkdilli respublikaların aşıqları iştirak edə biləcəklər.

Məhərrəm Qasımlı ilin sonunadək Aşıqlar Birliyinin qurultayının keçiriləcəyini də deyib. 

Digər xəbərlər