Bakıda Uilyam Şekspirin 450 illik yubileyinə həsr olunmuş video-festivalın açılışı olub

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində dünya dramaturgiyasının parlaq nümayəndələrindən olan Uilyam Şekspirin 450 illik yubileyinə həsr olunmuş video-festivalın açılışı olub.

"Report" xəbər verir ki, video-festivalda Azərbaycanın novator teatr rejissoru Vaqif İbrahimoğlunun quruluş verdiyi “Otello” tamaşası nümayiş olunub.

Tamaşa universitetin Sənətşünaslıq, Rejissor sənəti, Aktyor sənəti və Kulturologiya fakültələrinin tələbələrinin marağına səbəb olub.

Qeyd edək ki, dekabrın 14-nə qədər davam edəcək video-festivalda dünya kino və teatrının parlaq nümunələri nümayiş ediləcək.

Digər xəbərlər

Macar rejissor Bela Tarr vəfat edib 06 yanvar, 2026 / 16:30