Bakı Marionet Teatrı Fransada “Leyli və Məcnun” tamaşası ilə çıxış edəcək.
Teatrdan "Report"a verilən məlumata görə, Beynəlxalq Marionet Festivalı sentyabrın 21-22-də Şarlevil-Mezyer şəhərində baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə Bakı Marionet Teatrı 2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Teatrın əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulub.