Bakı Bələdiyyə Teatrının 25 illiyi qeyd olunacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin ədəbi layihəsi - “Söz” ədəbi layihəsinin növbəti tədbiri Bakı Bələdiyyə Teatrının 25 illiyinə həsr ediləcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, yanvarın 30-da Muzey Mərkəzində təşkil olunacaq tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində tamaşalardan fraqmentlər nümayiş ediləcək, teatrın aparıcı artistlərinin ifasında şeir və mahnılar səsləndiriləcək.

Digər xəbərlər