Azərbaycanda mədəniyyət işçisi vəfat edib

Tanınmış mədəniyyət işçisi, teatr xadimi Şaiq Səfərov vəfat edib.

Bu barədə "Report"a Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib.

Şaiq Səfərov yanvarın 27-də 67 yaşında vəfat edib.

O, müxtəlif illərdə Azərbaycan Teatr Treninq Mərkəzinin direktoru, Akademik Milli Dram Teatrının bədii hissəsinin rəhbəri, Mədəniyyət Nazirliyində sektor müdiri kimi çalışıb.

Digər xəbərlər