Azərbaycan Daşkənddə beynəlxalq film festivalında təmsil olunacaq

Sentyabrın 28-də Özbəkistanda XIII Daşkənd Beynəlxalq Film Festivalı keçiriləcək.

"Report" Özbəkistan KİV-inə istinadən xəbər verir ki, festivalda Azərbaycan da təmsil olunacaq.

Festival çərçivəsində "Dünya Kino Günləri" tədbiri də təşkil olunacaq, Rusiya, Türkiyə, Koreya, İtaliya, Polşa, Azərbaycan, Hindistan, Belarus, Misir, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və digər ölkələrdən filmlər nümayiş olunacaq.

Festival oktyabrın 3-də başa çatacaq.

Digər xəbərlər

Macar rejissor Bela Tarr vəfat edib 06 yanvar, 2026 / 16:30