Alim Qasımov ABŞ-da konsert proqramı ilə çıxış edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Alim Qasımov ABŞ-da konsert proqramı ilə çıxış edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı xanəndənin meneceri Səadət Möhübbətova bildirib. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edəcəklər. Bu səbəbdən ustad xanəndə ABŞ-da konserti bitən kimi Vətənə yola düşüb. Alim Qasımov və qızı Fərqanə Qasımova bu gecə Bakıda olacaqlar.

Qeyd edək ki, xalq artisti Alim Qasımov ABŞ-dan əvvəl Meksikada konsert proqramı ilə çıxış etmişdi.

Digər xəbərlər