“Xiaomi” yeni qulaqlığını təqdim edib

“Xiaomi” şirkəti yeni TWS qulaqlığını təqdim edib.

“Report” “Gizmo China”ya istinadən xəbər verir ki, “Mi Air 2 Pro” səsbatırma sistemilə təchiz edilmiş yeni cihaz dinləyicini kənar səslərdən qoruyur.

Simsiz doldurma qurğusuna malik qulaqlıq “Air2 Pro” batareyası ilə 7 saat, doldurma qurğusu ilə isə 28 saat fasiləsiz çalışa bilir.

Yerli bazarda 699 yuandan (103,8 ABŞ dolları) satılacağı bildirilən yeni qulaqlığın satışa nə zaman çıxarılacağı göstərilmir.

Digər xəbərlər

AKTA üç memorandum imzalayıb 04 iyun, 2026 / 13:17