Qriqori İvliyev: Avrasiya Patent İdarəsi Azərbaycanda İT sahəsində mühüm layihələr icra edir

Avrasiya Patent İdarəsi Azərbaycanda İT sahəsində mühüm layihələr icra edir.

"Report" xəbər verir ki, bunu Avrasiya Patent İdarəsinin Prezidenti Qriqori İvliyev Bakıda "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçiriIən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu çərçivədə elektron sənəd təqdimatından tutmuş məlumat bazaları üzrə açıq reyestrin yaradılmasına qədər bütün layihələr ən qabaqcıl elmi-texnoloji prinsiplərə əsaslanır:

Q.İvliyev əlavə edib ki, süni intellekt bu gün qlobal miqyasda həyati əhəmiyyət kəsb edir:

"Məsələn, elə patentlər var ki, xəstəlikləri, o cümlədən alzheymer xəstəliyini daha sürətli müəyyən etməyə imkan verir. Əgər söhbət xəstəliklərin diaqnostikası və onların müalicəsinin yaxşılaşdırılmasından gedirsə, o halda müvafiq qurumlar belə patentləri verməyə borcludurlar".

Digər xəbərlər