"TEKNOFEST Azərbaycan" çərçivəsində "Flyboard" şousu keçirilib

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə ilk dəfə su üzərində "Flyboard" şousu təşkil olunub.

"Report" xəbər verir ki, şou məşhur ispaniyalı flyboarder Lindsay McQueen-in təqdimatında baş tutub.

O, Qətər və BƏƏ-də "Flyboard" üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak edib.

Şoudan sonra Azərbaycan və türk pilotlarının aviaşousu başlayıb.

Digər xəbərlər