“Samsung” iyunda Azərbaycanın planşet bazarındakı payının 12 %-ni itirib

Bu ilin iyun ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 49,45 % (mayda 56,38 %, 1 il əvvəl 49,47 %) təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 6,93 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,02 faiz bəndi azdır. Beləliklə şirkətin bazar payı əvvəlki aya nisbətən iyunda 12 % azalıb.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 4,2 faiz bəndi artaraq, illik isə 5,39 faiz bəndi azalaraq 22,09 % təşkil edib.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 1,69 faiz bəndi, illik isə 2,83 faiz bəndi artaraq 13,7 % təşkil edib.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,46 faiz bəndi, illik isə 0,07 faiz bəndi artaraq 5,91 % olub.

İlk beşliyi 5,32 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,74 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,63 faiz bəndi artıb.

Digər xəbərlər