Bakı. 24 noyabr. REPORT.AZ/ Bu il dekabrın 24-dən etibarən Rusiyanın ən böyük internet holdinqi olan “Mail.ru” saytında qiymətlərin müqayisəsini təqdim edən xidmətini bağlayacaq.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Mail.ru Group" şirkətinin saytında bildirilir.
“23 dekabr 2018-ci il tarixindən yeni iştirakçı qeydiyyatı üçün ərizə qəbulunu dayandırır, ödəmələrin qəbuluna son qoyuruq”, - məlumatda qeyd olunub.
Həmin xidmətin dayandırılması tələbatın azalması ilə əlaqələndirilir.
Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən həmin xidmət müxtəlif malları axtarmaq və satış məntəqələrində eyni adda malların qiymətlərini müqayisə etmək üçün istifadə olunurdu.