Bakı. 6 oktyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsinin (HMİ) təşkilati-hüquqi forması dəyişdirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, HMİ Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) olub.
Qeyd edək ki, Rabitə Nazirliyinin 09 sentyabr 1997-ci il 149 saylı əmri ilə yaradılmış Hərbiləşdirilmiş Mühafizə İdarəsi rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.