Bakı. 10 iyul. REPORT.AZ/ Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Qırğızıstanın ictimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.
“Azərkosmos”dan “Report”a verilən məlumata görə, müqaviləyə əsasən, Qırğızıstanın KTRK ictimai telekanalı "Azerspace-1" peykinin resurslarından istifadə etməyə başlayıb. Məluamtda bildirilir ki, bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından “Azərkosmos” üçün əhəmiyyət daşıyır.
Qeyd olunur ki, Qırğızıstanın digər kanalları da “Azerspace-1” peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün hazırda danışıqlar aparılır.