Qazaxıstanda mineral ehtiyatların məlumat bazası yaradılır

Qazaxıstanda gələn ildən mineral ehtiyatların milli rəqəmli məlumat bazası işə salınacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin ekologiya, geologiya və təbii sərvətlər naziri Məqzum Mirzəqəliyev bildirib.

“2019-cu ilin sonundan mineral ehtiyatlarla bağlı milli məlumat bazasının yaradılmasına başlamışıq. Sərmayədarları geoloji məlumatlarla təmin edəcək yeni sistem sayəsində dövlət qurumları ilə mədənçilər arasında əlaqələr rəqəmsal formada qurulacaq. Artıq geologiya fondlarındakı mövcud mətnlərin və şəkillərin 100 faizi rəqəmsallaşdırılıb”, - nazir deyib.

Digər xəbərlər