Ötən rüb mobil telefon rabitəsindən 262 milyon manatdan çox gəlir əldə edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 692,7 milyon manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 17,8 % artıb.

Onun da 75,5 %-I əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 37,8 %-i və ya 262,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Digər xəbərlər