Ötən ay Naxçıvanda mobil rabitə xidmətinin dəyəri artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 4 milyon 553 min 400 manat olub.

Bu barədə “Report” yerli Statistika Komitəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 1,8 % çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri bir il öncəyə nisbətən 1,5 % artaraq 3 milyon 272 min 900 manata çatıb.

Digər xəbərlər