Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 629 ədəd noutbuk istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur.
Hesabat dövründə ölkədə 1 009 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 70,3 % azdır.
Təkcə sentyabr ayında cəmi 3 ədəd noutbuk və 16 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, əvvəlki ayın göstəricilərindən müvafiq olaraq 99,5 % və 6 % azdır.