“Opera” Azərbaycandakı bazar payının 40 %-ni itirib

Bu ilin iyun ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 84,38 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 1,94 faiz bəndi, 2024-cü ilin iyun ayı ilə müqayisədə 0,62 faiz bəndi çoxdur.

İkinci pillədəki “Safari”nin bazar payı aylıq 0,9 faiz bəndi azalaraq, illik isə 0,52 faiz bəndi artaraq 7,29 % olub. Beləliklə ardıcıl olaraq ikinci aydır onun bazar payı azalır.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ay ərzində 0,11 %, illik müqayisədə isə 0,77 faiz bəndi azalaraq 2,83 % təşkil edib.

Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,09 faiz bəndi, illik isə 1,27 faiz bəndi azalaraq 1,89 % təşkil edib. Beləliklə onun bazar payı 1 il əvvələ nisbətən 40 % azalıb.

İlk beşliyi qapadan “Yandex Browser”in bazar payı aylıq 0,32 faiz bəndi azalaraq, illik isə 0,6 faiz bəndi artaraq 1,34 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 80,76 % (aylıq 1,05 faiz bəndi çox və illik 3,78 faiz bəndi az);

“Edge” – 6 % (aylıq 0,38 faiz bəndi az və illik 1,29 faiz bəndi çox);

“Opera” – 4,77 % (aylıq 0,12 faiz bəndi və illik 0,58 faiz bəndi çox);

“Safari” – 2,24 % (aylıq 0,21 faiz bəndi və illik 0,54 faiz bəndi az);

“Yandex Browser” – 3,16 % (aylıq 0,27 faiz bəndi az və illik 1,73 faiz bəndi çox);

Mobil cihazlarda:

“Chrome” – 85,35 % (aylıq 1,9 faiz bəndi və illik 1,69 faiz bəndi çox);

“Safari” – 8,41 % (aylıq 1,33 faiz bəndi az və illik 0,6 faiz bəndi çox);

“Samsung Internet” – 3,51 % (aylıq 0,27 faiz bəndi və illik 1,14 faiz bəndi az);

“Opera” – 1,22 % (aylıq 0,04 faiz bəndi və illik 1,65 faiz bəndi az);

“Yandex Browser” – 0,92 % (aylıq 0,26 faiz bəndi az və illik 0,37 faiz bəndi çox);

Planşetlərdə:

“Chrome” – 69,73 % (aylıq 12,01 faiz bəndi və illik 1,96 faiz bəndi az).

“Safari” – 15,95 % (aylıq 4,61 faiz bəndi çox və illik 1,2 faiz bəndi az);

“Android” – 11,55 % (aylıq 17,76 faiz bəndi az və illik 3,46 faiz bəndi çox);

“Yandex Browser” – 1,35 % (aylıq 0,60 faiz bəndi və illik 0,73 faiz bəndi çox);

“Opera” – 1,28 % (aylıq 0,75 faiz bəndi çox və illik 0,12 faiz bəndi az);

Digər xəbərlər