Naxçıvan MR-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron informasiya resursu yeni “nits.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb.
Bu barədə "Report"a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, qurum muxtar respublikanın dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirləri davam etdirir.