Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da 17,7 milyon manat dəyərində informasiya və rabitə xidmətləri göstərilib.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.
Dörd aylıq xidmətlərin 79,7%-i və yaxud 14,1 milyon manatlıq hissəsi mobil rabitə xidmətlərinin payına düşüb. Bu isə illik müqayisədə 2% çoxdur.