"Linkedin" 26 mlrd. dollara satılıb

Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ-ın "Linkedin" beynəlxalq işgüzar sosial şəbəkəsinin səhmləri satılıb. 

 "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünyada ən fəal və məşhur işgüzar sosial platformanı ABŞ-ın "Microsoft" Korporasiyası əldə edib. 

"Microsoft" sosial şəbəkənin əldə olunmasına 26,2 mlrd. dollar xərcləyib. 

Xəbər lenti