Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı dövlət qurumlarının 472 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,2 % azdır.
Təkcə iyulda isə 73 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 2,6 dəfə çoxdur.
2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.