ABŞ-da instaqram sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
“Report”un xəbərinə görə, bu barədə məşhur internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında məlumat verilib.
Portal qeyd edib ki, problem barədə bildirən istifadəçilərin 55%-i tətbiqdən şikayətlənir. Eyni zamanda istifadəçilərin 24%-i serverə qoşulma zamanı problemlərlə üzləşir, daha 22%-i saytda çətinliklər olduğunu qeyd edir.
Böyük Britaniyada da instaqramın işində nasazlığın olduğu bildirilir.