İN-də Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sisteminin yaradılmasının xərci açıqlanıb

İqtisadiyyat Nazirliyinə (İN) məxsus “Tikinti-Təchizat Birliyi” MMC Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sisteminin yaradılmasına, bununla əlaqədar miqrasiya və təlim xidmətlərinin satın alınmasına 4 milyon 690,1 min manat vəsait sərf edəcək.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, bu xidmətləri "Bakinity Distribution" MMC təqdim edəcək. O, Cəmiyyətin elan etdiyi tenderin qalibi olub.

Müqavilə predmeti olan işlərin xərci ehtimal olunan qiymətdən 10,3 % azdır.

Digər xəbərlər