Bu ilin aprel ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 48,99 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin aprel hesabatına istinadən verdiyi məlumata görə, bu, mart ayına nisbətən 6,39 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,13 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 3,78 faiz bəndi artaraq, illik isə 9,2 faiz bəndi azalaraq 24,74 % təşkil edib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 3,33 faiz bəndi, illik isə 3,54 faiz bəndi artaraq 12,36 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı aylıq 1,05 faiz bəndi azalaraq, illik isə 1,78 faiz bəndi artaraq 6,45 % olub.
İlk beşliyi 4,35 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 13 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,67 faiz bəndi artıb. Beləliklə şirkətin bazar payı əvvəlki aya nisbətən apreldə 75 % azalıb.