Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 38,68 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin oktyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 9,46 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 7,28 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 4,66 faiz bəndi azalaraq, il ərzində isə 2,2 faiz bəndi artaraq 20,47 % təşkil edib. Sosial şəbəkə ardıcıl olaraq ikinci aydır bazar payını itirməkdə davam edir.
Növbəti yerdəki “Pinterest”in bazar payı sentyabr ayına nisbətən 0,79 faiz bəndi azalaraq, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 1,18 faiz bəndi artaraq 19,36 % təşkil edib.
Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 1,67 faiz bəndi azalaraq, illik isə 1 faiz bəndi artaraq 11,06 % olub.
İlk beşliyi 5,51 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı sentyabr ayına nisbətən 1,09 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 0,51 faiz bəndi azalıb.