Azərbaycan dövlət informasiya sistemlərinin "G-Cloud" bulud platformasına köçürülməsinin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəqəmsal inkişaf və innovasiyalar şöbəsinin müdiri Rəşad Xalıqov Bakıda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik konfransında bildirib.
"Biz bulud mühitinə miqrasiya üzərində işləyirik və bu, gündəliyimizin əsas istiqamətlərindən biridir. "G-Cloud" layihəsinə hələ 2019-cu ildə başlamışıq və bu günə qədər dövlət informasiya sistemlərinin əhəmiyyətli hissəsi artıq bu platformaya köçürülüb. Biz bu prosesi bu ilin sonuna qədər tam başa çatdırmaq niyyətindəyik", - R.Xalıqov qeyd edib.