"ChatGPT" Azərbaycandakı bazar payının 9 %-dən çoxunu itirib

Sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 86,3 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 2,69 faiz bəndi çox, 2025-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə isə 8,78 faiz bəndi və ya 9,2 % azdır.

İkinci pillədəki "Google Gemini"nin bazar payı aylıq 1,17 faiz bəndi azalaraq, illik isə 9,27 faiz bəndi artaraq 10,28 % təşkil edib.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı aylıq 0,87 faiz bəndi, illik isə 0,72 faiz bəndi artaraq 2,34 % təşkil edib.

Dördüncü yerdəki "Claude"un bazar payı aylıq 2,16 faiz bəndi azalaraq, illik isə 0,55 faiz bəndi artaraq 0,83 % təşkil edib.

İlk beşliyi 0,24 %-lik bazar payı ilə "Microsoft Copilot" qapayır. Onun payı aylıq 1,77 faiz bəndi, illik isə 0,24 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə AI "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 85,55 % (aylıq 3 faiz bəndi çox və illik 8,97 faiz bəndi az);

"Google Gemini" – 10,6 % (aylıq 1,47 faiz bəndi az və illik 9,65 faiz bəndi çox);

"Perplexity" – 2,61 % (aylıq 1,12 faiz bəndi və illik 0,65 faiz bəndi çox);

"Claude" – 0,96 % (aylıq 2,39 faiz bəndi az və illik 0,62 faiz bəndi çox);

"Microsoft Copilot" – 0,28 % (aylıq 0,25 faiz bəndi və illik 1,95 faiz bəndi az);

Mobil cihazlarda:

"ChatGPT" – 90,96 % (aylıq 1,45 faiz bəndi və illik 7,07 faiz bəndi az);

"Google Gemini" – 8,43 % (aylıq 2,18 faiz bəndi və illik 7,11 faiz bəndi çox);

"Perplexity" – 0,6 % (aylıq 0,74 faiz bəndi az və illik 0,17 faiz bəndi çox);

Planşetlərdə:

"ChatGPT" – 100 % (aylıq 50 faiz bəndi və illik 50 faiz bəndi çox);

Digər xəbərlər