"Catel" Bakının bəzi yerlərində faəliyyətini müvəqqəti dayandıracaq

Bakı. 15 iyun. REPORT.AZ/ Bakıda "Catel" simsiz rabitə sisteminin faəliyyəti müvəqqəti dayandırılacaq.

"Catel" MMC-dən "Report"a daxil olan məlumata görə, iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar olaraq həmin ərazidə yerləşən simsiz telefonların fəaliyyəti müvəqqəti dayandırılacaq.

Simsiz telefonların fəaliyyətindəki məhdudiyyət iyunun 20-dək davam edəcək. 

Digər xəbərlər