Bakı. 7 mart. REPORT. AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin istifadəçilərinin 26%-i "facebook" sosial şəbəkəsi istifadəçisidir.
"Report" xəbər verir ki, bunu "Bakcell"in marketinq üzrə baş direktoru Mariya Toyçeva bildirib.
Onun sözlərinə görə, "Bakcell" abunəçilərinin hər üç nəfərindən biri, təxminən 30%-i "Whatsapp" tətbiqindən istifadə edirlər.
Qeyd edək ki, "Bakcell"in ölkə üzrə 3 mln. abunəçisi, habelə 5 mindən artıq baza stansiyası var.