Bakı. 15 iyul. REPORT.AZ/ Türkiyədən Azərbaycana "ortaq peyk istifadəsi" mövzusunda hər hansı bir rəsmi müraciət edilməyib. “Report” xəbər verir ki, bu barədə “Azərkosmos" ASC Türkiyə mediasına açıqlama verib.
Bir müddət əvvəl Türkiyə mətbuatında Azərbaycanın “Türksat” peykinin əməkdaşlığını rədd etməsi ilə bağlı məlumatlar yayılıb. Məsələyə münasibət bildirən “Azərkosmos" xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.
Cəmiyyətdən bildirilib ki, Türkiyədən “Azərkosmos" ASC-yə bu günə qədər ortaq peyk istifadəsi mövzusunda hər hansı bir rəsmi müraciət daxil olmayıb.