"Azercell"in şəbəkəsində müvəqqəti problemlər yarana bilər

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətinin dekabrın 16-da gecə saatları ərzində bəzi xidmətlərinin istifadəsində müvəqqəti problemlərin yaranması mümkündür.

“Report” xəbər verir ki, müvəqqəti çətinliklər “Azercell” tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədardır.

Digər xəbərlər