Bakı. 20 may. REPORT.AZ/ Ölkənin aparıcı mobil rabitə operatoru “Azercell Telecom”un fakturalı xətt sistemində dəyişiklik olacaq.
"Report” "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, şirkət bununla bağlı abunəçilərinə xəbərdarlıq edib.
Belə ki, iyunun 20-dən etibarən rouminq xidməti çərçivəsində Böyük Britaniyanın “Everything Everywhere” operatorunun telekommunikasiya şəbəkəsindən istifadə edərkən yeni tariflər tətbiq ediləcək.