Bakı. 13 avqust. REPORT.AZ/ “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi öz innovativ ideyalarını biznesə çevirmək istəyənlər üçün xüsusi hazırlanmış növbəti, 3-cü inkubasiya proqramını elan edir. “Barama İnkubasiya Proqramı 2018” Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilir, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır.Layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı yaradır.“Barama İnkubasiya Proqramı 2018”də iştirak etmək üçün www.bit.ly/incubation3 linkinə daxil olaraq5 sentyabr tarixinə qədər onlayn qaydadamüraciət formunu doldurmaqla qeydiyyatdan keçmək lazımdır. İnkubasiya proqramına seçim 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə qeydiyyatdan keçmiş layihələr Barama mərkəzi tərəfindən dəyərləndiriləcək və seçilmiş komandalar ikinci mərhələyə dəvət olunacaq. İkinci mərhələdə isə komandalar öz layihələrini biznes planları ilə birgə əyani şəkildə təqdim edəcəklər. Sonda seçim prosesini uğurla başa vurmuş 5 komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək. 6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlukonfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq. Tələblər və qaydalarla www.barama.az saytında ətraflı tanış ola bilərsiniz.
"Azercell"in Barama mərkəzi yeni inkubasiya proqramını elan edib
Digər xəbərlər
Estoniya və Azərbaycan texnologiya şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib
04 noyabr, 2026 / 18:45
Azərbaycan Estoniya ilə süni intellekt əməkdaşlığının genişləndirilməsini müzakirə edib
04 noyabr, 2026 / 17:27
ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
04 noyabr, 2026 / 17:13
Azərbaycan Qırğızıstanla fərdi məlumatların mühafizəsi üzrə əməkdaşlığı genişləndirir
04 noyabr, 2026 / 13:18
İnmerge Ventures nizamnamə kapitalını 2 dəfə artırır
03 noyabr, 2026 / 17:28
Azercellin Oflayn Qadınlar layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
03 noyabr, 2026 / 15:50
MKA WhatsAppda yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib
03 noyabr, 2026 / 14:21
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu
02 noyabr, 2026 / 19:36
Azərbaycanda kompüterlərin bazar payı oktyabrda 35 % azalıb
02 noyabr, 2026 / 16:35
Facebookun Azərbaycandakı bazar payı oktyabrda 28 % azalıb
02 noyabr, 2026 / 15:55
Anuar Nuraxmetov: Azərbaycan regional kibertəhlükəsizlik mərkəzinə çevrilə bilər - Müsahibə
02 noyabr, 2026 / 14:03
Firefox Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
02 noyabr, 2026 / 13:46
Yandex axtarış sisteminin Azərbaycandakı bazar payı 6,5 dəfə azalıb
02 noyabr, 2026 / 13:22
Azərbaycanda planşetlərdə İOSun bazar payı 45 % azalıb
02 noyabr, 2026 / 12:25
ChatGPT Azərbaycandakı bazar payının 29 %-ni itirib
02 noyabr, 2026 / 12:20
Azərbaycandakı internet trafikində botların payı oktyabrda 27 %-dən çox azalıb
02 noyabr, 2026 / 11:14
Samsung son 3 ayda Azərbaycanın planşet bazarındakı payının 19 %-dən çoxunu itirib
02 noyabr, 2026 / 11:06
Apple Azərbaycanın mobil cihaz bazarındakı payının 17 %-ni itirib
02 noyabr, 2026 / 10:36
Azər Bayramov: Bu il 18 dövlət müəssisəsində rəqəmsal transformasiya işləri görülüb
31 oktyabr, 2026 / 16:28