Bakı. 7 mart. REPORT.AZ/ “Azercell”in “Gənc Ol” tarif paketinə qoşulan abunəçilər daha 21 məkanda (restoranlar, magazalar, fitnes, Təhsil, Əyləncə mərkəzləri və s.) 50%-ə qədər müxtəlif endirimlərdən yararlanmaq imkanı qazanırlar. Şirkətin mətbuat xidmətindən “Report”a bildirilib ki, kampaniya çərçivəsində abunəçilər 55 fərqli məkanda müxtəlif endirimlərdən istifadə edə bilərlər.
| Adı | Endirim növü |
| Papa John's | 20% endirim |
| LC Waikiki | 10% endirim |
| Bakı Tenis Akademiyası | 33%-dək endirim |
| Olimpik Star | Karaoke 50% endirim, boulinq 1+1 |
| Lilac | 10% endirim |
| Büyükfırat | Xüsusi menyu (30% endirimlə) |
| Segafredo Zanetti | 1 qəhvə alana 2-cisi PULSUZ |
| Villa Pizza | 20% endirim, 1 stromboli alana 2-cisi hədiyyə |
| Universe | 20% endirim |
| Chef's Chicken | Xüsusi menyu 60%-dək endirimlə |
| STİ Travel | 10% endirim |
| Traveler's Coffee | Çizkeyk alana içki pulsuz |
| Park Bulvar "Sports Cafe" | Əyləncədə 15% -dən başlayaraq 25% - dək endirim, 20% - dən başlayaraq 30%-dək xüsusi endirimli menyular |
| Kitabevim.az | 10% endirim |
| AV Cafe | 25% endirim |
| Bayquş Сoffee | 20% endirim |
| La Creperie | Krep alana isti içki hədiyyə |
| Tarhun | Xəngəl alana 2-si hədiyyə |
| AZ Cake | Şirniyyat alana çay hədiyyə |
| Bubble Waffle cafe | 15% endirim |
| The Fresh Tea Shop | Xüsusi menyu 46%-dək endirimlə |
Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nomrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir. Onu da əlavə edək ki, bütün “Azercell” abunəçiləri “Genc Ol” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.
“Azercell”in qeyd olunan paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər.
Qeyd edək ki, “Genc Ol” endirimlərinin sayı artmaqda davam edir.