Azərbaycanın rəqəmsal xidmət təminatçılarından biri yenidən təşkil olunub

"KATV1” kabel televiziyasının operatoru olan "AG Telekom" MMC-nin tərkibinə üç şirkətin - "İdeal Telekom", "Vio-Tek" və "Cosmonet" MMC-lərin daxil olması ilə əlaqədar, o, yenidən təşkil olunub.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "AG Telekom" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Samir Telman oğlu Qurbanovdur.

Digər xəbərlər