Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 251,6 mln. manatlıq xidmətlərin 71,5%-i əhali sektoruna aid olub.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 7,7% artıb. Bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb.