Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 875 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 565 manat, özəl sektorda isə 2 101 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 8,8 %, o cümlədən dövlət sektorunda 7 %, özəl sektorda isə 9,6 % artıb.
İyunun 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,6 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 2,4 % çoxdur.