Bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 906 manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 584 manat, özəl sektorda isə 2 135 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 11,4 %, o cümlədən dövlət sektorunda 6,8 %, özəl sektorda isə 13,9 % artıb.
İyulun 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,1 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3 % çoxdur.