Bu ilin yanvar-iyun aylarında Azərbaycanın informasiya və rabitə sektoruna 153,4 milyon manat investisiya qoyulub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 % azdır.
Təkcə iyunda sektora investisiya qoyuluşu 25,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 47 % azdır.
Hesabat dövründə ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 1,9 %-i informasiya və rabitə sektorunun payına düşüb.
Xatırladaq ki, 2024-cü ildə sektora investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu, 2023-cü illə müqayisədə 59,5 % çoxdur.