Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 51,7 milyon manatlıq məhsul istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 % çoxdur.
5 ayda sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ÜDM istehsal olunub.