Azərbaycanın elektron cihaz bazarında kompüterlərin payı azalmaqda davam edir

Bu ilin iyun ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 80,49 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 3,5 faiz bəndi, 2024-cü ilin iyun ayı ilə müqayisədə isə 4 faiz bəndi çoxdur.

Kompüterlərin bazar payı aylıq 2,52 faiz bəndi, illik müqayisədə isə 2,94 faiz bəndi azalaraq 18,91 %-ə düşüb. Beləliklə kompüterlərin bazar payı ardıcıl olaraq ikinci aydır azalır. Bu dövr ərzində onların bazar payı 27 % azalıb.

İyunda planşetlərin bazar payı 0,6 %-ə enib ki, bu da may ayına nisbətən 0,02 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,07 faiz bəndi azdır.

Digər xəbərlər