Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % çox - 2 433,7 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xidmətlərin 73,3 %-i əhaliyə göstərilib.
Xidmətlərdən əldə edilən gəlirin 38,9 %-i və yaxud 947,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.