Bu ilin avqust ayında Azərbaycandakı internet trafikinin 74,36 %-i insanların payına düşüb.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 17,54 faiz bəndi azdır.
Hesabat dövründə botların bazar payı aylıq ifadədə 3,2 dəfə artaraq 25,64 % təşkil edib.
Avqustda qlobal internet trafikinin 72,7 %-i insanların, 27,3 %-i isə botların payına düşüb.