Azərbaycandakı internet trafikində botların payı 3 dəfə azalıb

Bu ilin iyun ayında Azərbaycandakı internet trafikinin 91,15 %-i insanların payına düşüb.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 0,99 faiz bəndi azdır.

Hesabat dövründə botların bazar payı aylıq ifadədə 13 % artaraq 8,85 % təşkil edib. Son iki ayda isə botların payı ümumilikdə 3 dəfə azalıb.

İyunda qlobal internet trafikinin 76,93 %-i insanların, 23,07 %-i isə botların payına düşüb.

Digər xəbərlər