Bu ilin aprel ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % artıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-aprel aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrə nisbətən 0,7 % bahalaşıb.
Bundan başqa, ötən ay rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,3 %, ilk 4 ayda isə (illik müqayisədə) 0,4 % artıb.