Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti cüzi artıb

Ötən ilin dekabr ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 % artıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin yanvar-dekabr aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrə nisbətən 0,5 % bahalaşıb.

Bundan başqa, dekabrda rabitə xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,3 %, 12 ayda isə (illik müqayisədə) 0,3 % artıb.

Digər xəbərlər