Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 82,99 %-ə çatıb.
“Report”un “Statcounter” agentliyinin oktyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, sentyabr ayına nisbətən 1,46 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,5 faiz bəndi çoxdur.
Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı sentyabr ayı ilə müqayisədə 1,51 faiz bəndi, ötən ilin oktyabr ayına nisbətən isə 1,71 faiz bəndi azalaraq 16,37 %-ə düşüb.
Oktyabrda planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 5,12 faiz bəndi, illik isə 5,83 faiz bəndi artaraq 74,57 % olub.
Həmin cihazlarda “İOS”un bazar payı 25,36 % təşkil edib ki, bu da sentyabr ayına nisbətən 5,12 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 5,82 faiz bəndi azdır. Əməliyyat sisteminin bazar payı bir il əvvələ nisbətən 19 % azalıb.