Azərbaycanda planşetlərdə “İOS”un bazar payı bir ayda 27 % azalıb

Bu ilin mart ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 82,99 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevrala nisbətən 1,34 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,44 faiz bəndi çoxdur.

Hesabat dövründə “İOS” əməliyyat sisteminin bazar payı müvafiq olaraq 1,47 faiz bəndi və 1,57 faiz bəndi azalaraq 16,36 %-ə enib.

Martda planşetlərdə "Android”in bazar payı müvafiq olaraq 8,79 faiz bəndi və 1,27 faiz bəndi artaraq 75,63 %-ə çatıb.

Həmin cihazlarda “İOS”un bazar payı 24,13 % təşkil edib ki, bu da fevrala nisbətən 8,97 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 8,04 faiz bəndi azdır. Beləliklə də mart ayı ərzində “İOS”un bazar payı 27 % azalıb.

Digər xəbərlər